"Neftçi"dən pul aldı, sevgilisinin sözündən çıxmadı

23 Fevral 2023 11:40 Neftçi 1 284
"Neftçi"dən pul aldı, sevgilisinin sözündən çıxmadı

"Neftçi"nin bugünlərdə yollarını ayırdığı Gilyerme Patonun yeni klubu bəlli olub.

22 yaşlı braziliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

O, "Fiqeyrense"yə keçib. Vinger C Seriyası təmsilçisi ilə 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Gilyerme Pato 2022-ci ilin yanvarından 2023-cü ilin yanvarına kimi "Neftçi"də çıxış edib. "ağ-qaralar"ın heyətində meydana çıxdığı 32 rəsmi matçda 2 qol vurub.

Onun kontraktı gələn ilin yayında bitəcəkdi. Bakılılar əsas heyətə düşə bilməyən cənubi amerikalıya 2,5 aylıq maaşını bəribaşdan ödəyərək, sənədin qarşılıqlı razılaşma əsasında pozulmasına nail olub.

"Sambaçı" bu müddətdə Kipr, Türkiyə, Polşa və Yunanıstandan təklif alıb. Sevgilisinin təkidi ilə doğma ölkəsinə qayıdıb.

Üç ildir bir yerdə olduğu xanımdan uzaq düşmək istəməyən Pato ona daha az məvacib təklif edən "Fiqeyrense"yə üz tutub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!