"Neftçi"nin formasını geyindi, Tetradzenin köməkçisi təyin edildi

23 Fevral 2023 01:10 Neftçi 753
"Neftçi"nin formasını geyindi, Tetradzenin köməkçisi təyin edildi

"Neftçi"nin və "İnter"in (hazırkı "Şamaxı") sabiq legioneri Giorgi Navalovski məşqçiliyə başlayıb.

Sportinfo..az xəbər verir ki, bir müddət əvvəl karyerasını bitirdiyini açıqlayan veteran müdafiəçi "Saburtalo"da çalışacaq.

Bu barədə Gürcüstan təmsilçisinin saytı məlumat yayıb. 36 yaşlı sabiq futbolçu baş məşqçi Omar Tetradzenin köməkçisi təyin edilib.

Giorgi Navalovski 2009/10 mövsümündə "İnter"in, 2016/17 mövsümündə "Neftçi"nin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti