“Neftçi”dən danışan var: “Bunu sonra heç kim bizə qaytarmayacaq”

22 Fevral 2023 21:00 Neftçi 1 037
“Neftçi”dən danışan var: “Bunu sonra heç kim bizə qaytarmayacaq”

“Bəzən alınır, bəzən yox.

Amma elə etməliyik ki, ələ düşən imkanlardan maksimum yararlanaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin qapıçısı İvan Brkiç deyib.

Xorvatiyalı qolkiper bildirib ki, Premyer Liqanın son turlarında qeydə alınan qeyri-sabit nəticələrə rəğmən, gələcəyə ümidlə baxır:

“Özünüz də görürsüz ki, futbolçularımız meydanda can qoyur. Xüsusən son 10-15 dəqiqədə 2-3 real qol imkanımız olur.

Başa düşürük ki, itirilən xalları sonra heç kim bizə qaytarmayacaq. Yeni futbolçular gəlib, artıq kollektivə uyğunlaşırlar.

Ümid edirəm ki, azarkeşlər ən qısa müddətdə daha inamlı və qələbələri sıralayan “Neftçi” görəcək”.

Balkanlı kipper cari Premyer Liqa mövsümündə meydana çıxdığı 15 oyunda qapısında 14 top görüb. O, 9 matçda qapısının toxunulmazlığını qorumağı bacarıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!