Emin Mahmudovu "boğaza yığan" kimdir?

22 Fevral 2023 16:00 Neftçi 2 055
Emin Mahmudovu "boğaza yığan" kimdir?

«Neftçi»də Emin Mahmudovla bağlı müəmma bitmək bilmir.

Müqaviləsi yayda başa çatacaq kapitana aylar öncə yeni kontrakt təklif olunub.

Uzunmüddətli və əvvəlkilərdən daha yüksək şərtlərlə.

O isə danışıqları saqqız kimi uzadır, günü günə satır.

Qazanmaq istəmirr? Elə deyil.

Artıq pulu kim istəməz ki?! Sadəcə və sadəcə, psixoloji gərginlik bu haqda fikirləşməyə imkan vermir.

Lorentsiu Regekamfpın məsuliyyətsizliyi, aparıcı fiqurlarla məsləhətləşməməsi, futbolçuları öz mövqeyində oynatmaması və bu kimi çoxsaylı səhvləri ona boğaza yığıb.

Emin Mahmudov illərdir buradadır, hələ belə qeyri-sabit mövsümü yadıma gəlmir. Narazılığı sifətindən oxunur.

Meydanda can qoymur, yerində oynayır, əvvəlki istəklə irəli atılmır. Son üç ayın da tez gəlib keçməsini ən çox arzulayan biri kimidir.

Kapitanın yayda bitəcək müqavilənin müddətini indidən uzatmaqla bağlı idarəçilərdən aldığı təklifi dəfələrlə geri çevirib.

Ona uzanan əli sıxsa, heç vaxt qazanmadığı qədər pul əldə edəcək.

Mahmudovun pul məsələlərinə necə «titiz» yanaşması barədə çox eşitmişik. Yarımmüdafiəçi bu xasiyyətinə rəğmən, gözləmə mövqeyinə çəkilirsə,

Regenin düşərgədə yaratdığı ağır atmosferin təzyiqini özünüz təxmin edin.

Bu, hələ Emindir, görün, digər futbolçular rumıniyalı baş məşqçidən nə çəkir.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!