"Neftçi"nin futbolçularının gözündən düşən adam

22 Fevral 2023 11:20 Neftçi 1 092
"Neftçi"nin futbolçularının gözündən düşən adam

Azərbaycanın builki avrokubok iştirakçıları arasında «Neftçi»ni də izləyəcəyik.

Konfrans Liqasına qatılacaq 3 klubumuz arasında ağ-qara formanı geyinən futbolçuları görəcəyik.

Premyer Liqanın bürünc medalı onlarındır. Kubokda finala vəsiqə qazanmaq, hətta titulu götürmək şansları da yüksəkdir.

Lorentsiu Regekampf əsas məqsədlərinin qitə arenasına çıxmaq olmasını dönə-dönə dilə gətirib.

Baş məşqçi bu hədəf haqda son vaxtlar elə həvəslə danışır ki, sanki «Neftçi»ni tarixinin ən böyük uğuruna yaxınlaşdırmaq üzrədir və beynəlxalq yarışlara qatılmaqla üzərinə düşən missiyanı artıqlamasıyla yerinə yetirmiş sayılacaq.

Açığı, klub rəhbərliyi qış bazarlığı zamanı pis transferlər etməyib. Lebon, Haqverdi və Saldanyanı tənqid eləməyə adamın dili gəlmir.

Onlardan əvvəl düşərgədə yer alanları da nizənin ucuna keçirməyin tərəfdarı deyiləm.

Ümumən, «Neftçi» mövcud ansamblı ilə çempionluq yarışmasında aktiv iştirak etmək gücündədir. Mən bir daha o iddianı irəli sürürəm ki, 2021-ci ildə Samir Abasovla qızıl medal qazanan heyət bundan zəif idi.

Yaxın keçmişədək «Neftçi»nin tək rəqibi «Qarabağ» idisə, artıq «Sabah» onların arasına girib. «Ağ-qaralar» Murad Musayevin çalışdırdığı «tələbələr»in gerisinə düşüb və sözsüz ki, bunda əsas müqəssir rumıniyalı çalışdırıcıdır.

Rege şəxsi həyatında yaşadığı qalmaqallarla, gündəlik işə barmaqarası yanaşması, yanlış taktiki və heyət seçimləri ilə futbolçularının gözündən düşüb.

Kontingent ona hörmətlə yanaşmır və ciddiyə almır. Onun rəhbərliyi altında çalışmaq oyunçuların canını sıxır, komandaya ürək yandırmırlar.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!