"Qarabağ"a səfərdə 0:1 hesabı ilə uduzmaq pis nəticə deyil”.
Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin israilli legioneri Kenni Sayef deyib.
O, “Qarabağ”ın “Gent”lə keçirdiyi Konfrans Liqasının pley-off mərhələsinin ilk matçı barədə "Nieuwsblad" nəşrinə danışıb.
Yarımmüdafiəçi Belçika komandasının ilk görüşdə çox imkanlar əldə etdiyini vurğulayıb: “Olimpiakos" və "Nant" da burada ciddi itki ilə üzləşib.
"Gent"in hələ də şansı var. Çünki onlar öz azarkeşləri önündə daha çox şey edə bilərlər.
Hələ də onlara inanıram və Heyn Vanhazebruka tam güvənirəm. "Gent" azarkeşlərinin dəstəyi ilə çox şey mümkündür.
Əvvəllər bir çox güclü komandanı məğlub edəndə mən də orada idim. İndi niyə "Qarabağ"a da qalib gəlməsinlər?".

