"Neftçi"də belə məşqçilər işləməməlidir, o, Bordindən, hətta Məmmədovdan da zəifdir"

21 Fevral 2023 14:00 Neftçi 1 167
"Neftçi"də belə məşqçilər işləməməlidir, o, Bordindən, hətta Məmmədovdan da zəifdir"

«92-ci ildən bəri bu komanda çoxlu sayda baş məşqqçiyə tapşırılıb, ancaq onların heç biri burada uzun müddət qala bilməyib».

Bu sözlər Sportinfo.az saytının təsisçisi və baş redaktoru İlkin Vaqifoğluya məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Neftçi»də bir-birini əvəz edən yanlış məşqçi seçimləri barədə fikirlərini bölüşüb.

Bildirib ki, düzgün idarəçiliyin olmaması səbəbindən klub azarkeşlərinin istədiyi nəticələri əldə edə bilmir:

«Statistika göstərir ki, «Neftçi»yə təyinat alan heç bir baş məşqçi iki ildən artıq burada qalmayıb. Bunun səbəblərini araşdırmaq lazımdır ki, niyə hər dəfə belə olur.

Bu faktların səbəbini öyrənəndən sonra çox mətləblər üzə çıxacaq. Lorentsiu Regekampf kimi məşqçilər «Neftçi»yə gətirilməməlidir.

Bu oyunla «Neftçi» Premyer Liqada üçüncü yerdən yuxarı qalxa bilməyəcək. Komandanın oyunu bundan artığına layiq deyil.

Səhv seçimlərin nəticəsində «Neftçi» geri gedir. Hazırkı baş məşqçi Roberto Bordindən, hətta Füzuli Məmmədovdan da zəifdir».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!