"Stabillik üçün “Neftçi”yə zaman lazımdır" – Qurbanov incəlikləri "sapa düzdü"

19 Fevral 2023 23:00 Neftçi 1 306
"Stabillik üçün “Neftçi”yə zaman lazımdır" – Qurbanov incəlikləri "sapa düzdü"

“Neftçi”nin heyəti geniş deyil.

Yusuf Laval və Qodsvey Donyo ayrılmasaydı, rəqabət yüksək ola bilərdi“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı“nın sabiq baş məşqçisi Sənan Qurbanov deyib.

“Neftçi“nin qış fasiləsindən sonra qeyri-sabit çıxış etməsinə münasibət bildirən mütəxəssis bunun səbəbini bir neçə məqamla əlaqələndirib:

“Ötən ilin yayında komandada baş məşqçi dəyişikliyi oldu. Heyətdən ayrılan və transfer edilən yeni futbolçular var.

Hələ də ayrılıqlar davam edir. Son olaraq Gilyermo Pato getdi.

Yeni oyunçular gəlməkdədir. Rəhbərlik hələ də axtarışdadır. Bütün bunlar komandanın oyununa təsir edir, istənilən səviyyədə futbol oynamırlar.

Çünki təzə gələn futbolçuların uyğunlaşması zaman alır. Fərdi ustalığı yüksək olan oyunçular hansısa matçlarda köməyə çatır.

Lavalla Donyo getməsəydi, digər futbolçular öz yerini qorumaq üçün dəridən-qabıqdan çıxmış olacaqdı.

İstənilən halda, “Neftçi”nin adı var. Gərək öz oyun üslubların qoruyub saxlasınlar.

Bir oyunda bunu görürüksə, digər oyunda əksi baş verir. Düşünürəm ki, stabillik üçün “Neftçi”yə zaman lazımdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!