"Neftçi"nin ötən ay "Cef Yunayted İtixara Tiba"dan icarəyə götürdüyü Mateus Saldanya yayda Azərbaycandan ayrıla bilər.
Yaponiya klubu Premyer Liqamızda artıq 2 qol vurmuş braziliyalı hücumçunu iyunda geri qaytarmaq istəyir.
23 yaşlı forvardı 150 min avro təzminat qarşılığında sıralarına qatmış «ağ-qaralar» asiyalıların niyyətindən xəbərdardır. Odur ki, cənubi amerikalını ilin sonunadək burada saxlamağa çalışırlar.
Saldanyanın özü də bu tezliklə Yaponiyaya dönməyə həvəs göstərmir. Necə də olmasa, burada yaxşı qazanır.
«Sambaçı» 1 il ərzində iş yerini dəyişməsə, 300-350 min avro civarında gəlir əldə edəcək.
SPORTİNFO.AZ

