Görəsən, bu komandanın baş məşqçisi nə yeyir, nə içir?

19 Fevral 2023 14:40 Neftçi 1 528
Görəsən, bu komandanın baş məşqçisi nə yeyir, nə içir?

Şahin Diniyevin gəlişindən sonra «Səbail»in məğlubiyyətlərinin sayı 3-ə çatdı.

Boyun əydikləri növbəti rəqib «Neftçi» oldu.

Yəqin ki, bu, axırıncı olmayacaq, ardı gələcək.

Hərçənd Diniyev qarşılaşmanın final fitindən dəqiqələr sonra iddia eləyib ki, böyükhesablı yenilgiyə rəğmən, yaxşı oyun göstəriblər və hesab meydandakı mübarizəni özündə əks etdirmir.

Vallah, adını çəkdiyimiz bu zat ya özünü dolayır, ya da cümlə-cahanı. «Neftçi» həmişəki kimi idi - bərbad. «Səbail» ondan da bərbad oyunu ilə izləyənlərin ürəyini bulandırdı.

Hörmətli Diniyev buna oyun deyirsə, mən ta heç nə demirəm. Bir sözdən başqa - yalandan gözə kül üfürməyin!

«Səbail»in halı turnir cədvəlindəki mövqeyindən bəllidir. Diniyevin «yaxşı oynadıq» dediyi 90 dəqiqəni izlədikcə, yadıma məşhur «Qayınana» filmi düşdü.

Orada rəhmətlik Nəsibə Zeynalova deyir e, haradasan, ay Məşədi Kazım, bax, o səhnə gözlərim önündə canlandı.

Mahmud Qurbanovun «torba»sını tikdilər ki, nəticə verə bilmir. Gözünüz aydın, qara atın belində gətirdiyiniz Şahin Diniyev qələbələri sıralayır, eləmi?

Qurbanov, heç olmasa, baxımlı futbol oynadırdı, xoşbəxtliyi rəqib qapısı önündə axtarmağı tapşırırdı.

Diniyev isə futbolçularına nə tapşırır, nə yeyir, nə içir, mənə də çox maraqlıdır.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!