"Qarabağ"ın növbəti mərhələyə keçməsini istəyirəm" - Laurentsiu Regekampf

18 Fevral 2023 20:30 Neftçi 831
"Qarabağ"ın növbəti mərhələyə keçməsini istəyirəm" - Laurentsiu Regekampf

"Neftçi" Azərbaycan Premyer Liqasının 23-cü turunda doğma meydanda "Səbail"i 3:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"in baş məşqçisi Laurentsiu Regekapf sualları cavablandırıb:

- Hesaba baxanda yaxşı oyun oldu. Amma bilirəm ki, bundan da yaxşı oynaya bilərik. Çox epizodlar var ki, daha sürətli və sadə oynamalıyıq. Oyundan-oyuna daha yaxşı olmağa çalışırıq. Ümid edirəm ki, bütün futbolçular fiziki olaraq yaxşı formada olacaqlar. Bununla da komandada keyfiyyət artacaq.

- İlk penaltini Kenni Sayefin vurmasının səbəbi nə idi?

- Bunu şərh etmək istəmirəm. Bizdə komanda daxili qaydalar var. hamı bilir ki, penaltini Emin vurmalıdır. Emin qərar verdi ki, Kenni vursun. Əgər Kenni vura bilməsəydi, Emini cəzalandıracaqdım. Bu, çox sadədir.

- Qarşıda "Qarabağ"la oyununuz var. Rəqibin "Gent"lə səfər matçının olması sizin xeyrinizə olacaq?

- "Qarabağ" buna öyrəşib, böyük təcrübəyə malikdirlər. Əminlikıə deyə bilərəm ki, bizə qarşı yaxşı oynayacaqlar. Azərbaycan üçün "Qarabağ"ın növbəti mərhələyə keçməsini istəyirəm. Heç bir plana ehtiyac yoxdur. Bizi çox çətin oyun gözləyir. Ümid edirəm ki, onlar üçün də çətin olacaq. Qələbə qazanmaq istəyiriksə, rəqibə problemlər yaratmalıyıq. Aqressiv, daha sürətli oynamalı, müdafiədə diqqətli olmalı və axmaq səhvlər etməməliyik. Bu cür böyük oyunları çox sevirəm. Üsmid edirəm ki, "Qarabağ"a qarşı yaxşı oynayıb qələbə qazanacağıq.

- Mateus Saldanya gələndən sonra standar 11-lik buraxırsız meydana. Bu, "Neftçi"nin rəqiblər üçün asan təhlil olunan komanda olacağı anlamına gəlmir?

- Əksini düşünürəm. Məncə, rəqiblər üçün daha çətin olacaq. ilk dəfdir ki, bütün oyunçular sərəncamımdadır. Futbolçular artıq meydanda nə etmək lazım olduğunu bilirlər. Zədələrə görə bu günə kimi belə halla rastlaşmamışdıq. Əvvəl zədəli oyunlar çox idi deyə hər matçda eyni heyətlə çıxa bilmirdik.

Digər Xəbərlər
Xəbər Lenti