"Neftçi"nin kapitanını bu addımı atmağa kim və niyə məcbur etdi?

18 Fevral 2023 20:40 Neftçi 1 948
"Neftçi"nin kapitanını bu addımı atmağa kim və niyə məcbur etdi?

Premyer Liqanın 23-cü turu çərçivəsində "Neftçi" "Səbail"i qəbul edib.

"Bakcell Arena"da keçirilən oyunda meydan sahibləri 8-ci dəqiqədə penaltidən hesabı açıb.

Həmin an təəccüb doğuran məqam yaşanıb.

Belə ki, hakimin qərarından dərhal sonra "ağ-qaralar"ın ştatlı penaltivuranı Emin Mahmudov topu əlinə götürüb "nöqtə"yə yaxınlaşsa da, fikrindən daşınaraq "dəri kürə"ni Kenni Sayefə verib. İsrailli futbolçu dəqiq oynayıb.

Eminin topu gülərək komanda yoldaşına ötürməsi ortaya sual çıxarıb: Mahmudovu penalti vurmaq fikrindən kim və niyə daşındırıb?

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!