“Neftçi” Qəbələ səfərindən 1 xalla qayıtdı.
Hər iki komandanın qol fürsətləri olsa da, matçda hesab açılmadı.
Hakimin final fitindən dərhal sonra Bakıdan Qəbələyə təşrif buyurmuş “Forza Neftçi”nin bir qrup üzvü futbolçuları yer aldıqları tribunanın önünə çağırdı.
Futbolçularla kiçik dialoqdan sonra isə “kuboku götürməsəz, başınız ağrıyar” şüarı eşidildi.
Maraqlı məqam fanatların oyunçularla söhbətdə onlara nə deməsiydi.
“Neftçi”nin qapıçısı İvan Brkiç Sportinfo.az-a açıqlamasında azarkeşlərin etirazına münasibət bildirib:
“Düzü, bəzi komanda yoldaşlarımın azarkeşlərlə nə danışdığını eşitmədim. Çünki tribunaya çatanda söhbət qurtarmışdı.
Amma narahatlığa gərək yoxdur, hər şey qaydasındadır. Azarkeşlərimizlə tez-tez danışırıq.
Onlar hər oyunda “Neftçi”dən qələbə gözləyir ki, bu da normaldır. Fanatların fikrinə və münasibətinə normal yanaşıram.
Əsas odur, aramızda qarşılıqlı hörmət var. Növbəti matçlarda onları sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməliyik”.
HƏBİB

