"Azərbaycanın çox spesifik mədəniyyəti var və mənim üçün yeni təcrübədir.
Bu ölkə ilə tanış olanda zövq aldım".
Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Mateus Saldanya "Lance" nəşrinə açıqlamasında deyib.
24 yaşlı braziliyalı hücumçu Avropada çıxış etmək arzusunu gerçəkləşdirdiyini bildirib:
"Uyğunlaşma prosesi hələlik tamamlanmayıb. Amma həmişə olduğu kimi, əlimdən gələni etmişəm.
İlk qolumu vurduğum üçün çox sevinirəm. Bu, məndəki təzyiqi götürür. Performansımı getdikcə yaxşılaşdırmağa çalışacam".
"Neftçi" Mateus Saldanyanı Yaponiyanın “JEF Yunayted Çiba” klubundan 1 il müddətinə icarəyə götürüb.p

