"Neftçi" bu ayrılıq üçün nə qədər xərcə düşdü?

17 Fevral 2023 10:40 Neftçi 1 312
"Neftçi" bu ayrılıq üçün nə qədər xərcə düşdü?

"Neftçi" iki gün öncə Gilyerme Pato ilə vidalaşdı.

Braziliyalı hücumameylli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildi.

2022-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş 23 yaşlı vinger bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.

O, karyerasını Braziliyada davam etdirəcək. C Seriyasında mübarizə aparan "Fiqueysense" ilə anlaşıb.

Pato daha əvvəl ölkəsində “İnternasional”, “Ponte Preta” və “Kuiaba”da çıxış edib.

Cənubi amerikalını ötən ilin yanvar ayında "İnternasyonal"dan transfer eləyən bakılılar müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulmuş müqaviləni pozmaq üçün böyük xərc çəkməyib.

Paytaxt təmsilçisi "sambaçı"ya cəmi 2,5 aylıq ödəmə edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!