“Qarabağ” işini bilsin! – “Gent” üçün XÜSUSİ GÜN

16 Fevral 2023 21:00 Neftçi 767
“Qarabağ” işini bilsin! – “Gent” üçün XÜSUSİ GÜN

Bu axşam “Gent”in futbolçuları 21:45-də ayaq basacağı Tofiq Bəhramov adına Respublika stadionunun meydanından qələbə ilə ayrılamağa çalışacaq.

Qalibiyyət onlara təkcə səfər qarşılaşması öncəsi üstünlük qazanmaq və ya növbəti mərhələyə adlamaq yolunda iri addım kimi lazım deyil.

Belçikalılar qələbəni həm də baş məşqçiləri üçün əldə etmək istəyəcək.

İş burasındadır ki, bu gün “Gent”in baş məşqçisi Heyn Vanhazebrukun doğum günüdür. 1964-cü ilin fevralın 16-da Belçikanın Kortreyk şəhərində dünyaya göz açan təcrübəli mütəxəssis 59 yaşını vətənindən və ailəsindən uzaqda tamamlayacaq.

Odur ki, “Gent”in futbolçuları bu axşam meydana ikiqat motivasiya ilə çıxacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!