"Qarabağ" Xosep Qvardiolanın "Mançester Siti"si kimi oynanır".
Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Kenni Sayef "Qarabağ" və "Gent" arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə "Nieuwsblad" nəşrinə açıqlamasında deyib.
2014-2018-cü illərdə "Gent"in formasını geyinmiş 30 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisində arxa xətdə 4 müdafiəçinin çıxış etdiyini söyləyib:
"Cinah oyunçularının hücuma çıxanda dayaq yarımmüdafiəçilərindən biri arxaya çəkilib iki "stoper"in arasına girir və üçlü müdafiə təşkil olunur.
Belçika təmsilçisi hazırlıqlı olmalıdır. "Qarabağ" həqiqətən güclüdür".
Sayef "köhlən atlar"ın üstün tərəflərindən bəhs edib:
"Ən böyük gücləri futbolçular arasındakı əlaqədir. Bir-birilərini mükəmməl tanıyırlar. Çünki illərdir birlikdə çıxış edirlər.
Baş məşqçi 15 ildir oradadır və "yaxşı yağlanmış maşın" hazırlamağı bacarıb".
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Gent” oyunu saat 21:45-də başlayacaq.

