Avrokuboklarda 1-2 mərhələ keçmək “Neftçi”də məqbul sayılmayacaq”

16 Fevral 2023 22:20 Neftçi 1 161
Avrokuboklarda 1-2 mərhələ keçmək “Neftçi”də məqbul sayılmayacaq”

“Neftçi” elə bir klubdur ki, orada çempionluqdan başqa istənilən nəticə uğursuzluq sayılır”.

Bunu Sportinfo.az-a açıqlamasında “Qəbələ” və “Şamaxı”nın sabiq çalışdırıcısı Sənan Qurbanov “ağ qaralar”ın hazırkı mövsüm çıxışını dəyərləndirərkən dilə gətirib.

Paytaxt klubu 22 turdan sonra üçüncü pillədə qərarlaşıb. Çempionluq şansı demək olar bitib.

Tək ümid ölkə klubokunda davam edən mübarizəni çempionluqla başa vurmaqdır. Təcrübəli mütəxəssis bunun da asanlıqla reallaşacağını düşünmədiyini bildirib:

“Bu mövsüm yalnız ölkə kubokunu qazanmaq təsəlli hesab oluna bilər. Rəqib “Turan Tovuz”dur.

Məncə, finala çıxmaq heç də asan başa gəlməyəcək. Hətta kubok qazanılsa belə, komandadan gözləntilər böyükdür.

Avrokuboklarda 1-2 mərhələ keçmək məqbul sayılmayacaq. Minimum Konfrans Liqasının qrup mərhələsinə vəsiqə əldə etmək lazımdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!