“Neftçi” niyə pul verib bunu alırdı ki, indi də...

15 Fevral 2023 21:20 Neftçi 1 687
“Neftçi” niyə pul verib bunu alırdı ki, indi də...

2022-ci ilin yayında Braziliya klubundan transfer olunan Gilyerme Pato ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Gəldiyi gündən ehtiyat oyunçular skamyasındakı yerini bərkidən braziliyalı vinger nə Samir Abasovun, nə də Laurentsiu Regekampfın dönəmində əsas heyət üzvü olduğunu sübut etməyi bacardı.

1 ildən artıq müddətdə Bakını və Azərbaycanı gəzdi, vətənində heç kimin verməyəcəyi pulu qazandı, yekunda təzminatını alıb getdi.

İndi bu xəbərə ən çox sevinən “Neftçi” azarkeşləridir. Komandadakı lazımsız futbolçuların ayrılıq xəbərini oxuyub üzü gülən fanatlar ürək sözlərini klubun sosial media hesablarında yazır.

Maraqlı şərhlərin bəzilərinə diqqət yetirək:

“Gənc və “perspektivli” futbolçu idi”.

“Kimlər gəldi, kimlər getdi “Neftçi”dən”.

“Oyunçuları əlcək kimi dəyişən “Neftçi”m”.

“Yaxşı yol” deyib yola salırıq. Bəs, yerinə kimlər alınacaq? Yenə bir sürü çolaq tapıb, kalan pul yeyib, “otkat” edəcəksiz”.

“Axır ki, normal qərar verildi”.

“Patonun “Neftçi”yə qədərki karyerası sıfır olub. “Neftçi” niyə pul verib bunu alırdı ki, indi də göndərə”.

“Hələ buna görə pul vermişdiz və pulsuz yola salırsız. Haramınız olsun aldığınız, yediyiniz pullar”.

“Azərbaycanda oynayan ən zəif legionerlərdən idi”.

“Müqaviləyə xitam verənlər, özünüz nə vaxt gedirsiz bəs?”

“Nə olsun, sabah başqa “Pato” gələcək yerinə”.

2022-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş Gilyerme Pato ağ-qara formada 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!