"Neftçi" Gilyerme Pato ilə vidalaşıb.
Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, braziliyalı hücumameylli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2022-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş 23 yaşlı vinger bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.
Onun ölkəsinin "Figeyrense" klubuna keçəcəyi gözlənilir.

