"Neftçi"dən təklif aldı, Ukrayna klubu ilə müqavilənin müddətini uzatmadı

15 Fevral 2023 11:00 Neftçi 1 914
"Neftçi"dən təklif aldı, Ukrayna klubu ilə müqavilənin müddətini uzatmadı

U-21 yığmasının yarımmüdafiəçisi Emil Mustafayev “Neftçi“dən dəvət alıb.

Bakı klubu hazırda “Aleksandriya”nın ofrmasını geyinən oyunçuya təklif göndərib.

Düzdür, Ukrayna təmsilçisinin yeni çalışdırıcısı Ruslan Rotan millimizin üzvünü yenə öz sərəncamında görmək istəyir, amma o, mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməkdən imtina edib.

"Neftçi" "Lvov" və "Minay"ın da xidmətində maraqlı olduğu Emillə 3+1 illik kontrakt imzalamaq niyyətindədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!