“Neftçi”nin qapıçısı onu caşdıran adamdan nə danışdı?

14 Fevral 2023 20:00 Neftçi 681
“Neftçi”nin qapıçısı onu caşdıran adamdan nə danışdı?

“Ədalətin tərəfdarıyam və qeyd etməliyəm ki, heç-heçə oyuna görə oldu.

Çünki hər iki komandanın yaxşı qol imkanları var idi”.

“Neftçi”nin qapıçısı İvan Brkiç Sportinfo.az-a açıqlamasında komandasının “Qəbələ” ilə səfər heç-heçəsi haqda danışıb.

Matçda hesab açılmasa da, baş hakim Fərid Hacıyev ikinci hissənin gedişində maraqlı addımla yadda qaldı.

O, qonaqların futbolçusunun Rövlan Muradova qarşı hərəkətini tərəddüd etmədən penalti kimi dəyərləndirsə də, VAR-ın xidmətinə ehtiyac duyandan sonra qərarını dəyişdi.

Epizoda yaxın olan xorvatiyalı legioner həmin anı bu cür xatırlayır:

“Bəli, epizoda yaxın idim. Rəqib futbolçu özünü yerə atmışdı. Açığı, hakimin birinci qərarı məni çaşdırdı. Lakin VAR-a baxmağa gedəndən sonra qərarını dəyişəcəyinə 70-80 faiz əmin idim.

Futbolda bu cür hallar olur. Hakimdir, ola bilsin epizoda uzaq olduğu üçün fərqli qərar vermişdi. Lakin sonradan düzgün etmədiyini anladı”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!