Emin Mahmudovu bitirən SÖHBƏTLƏR

14 Fevral 2023 23:00 Neftçi 1 673
Emin Mahmudovu bitirən SÖHBƏTLƏR

Emin Mahmudovun "Neftçi" ilə müqaviləsi yayda başa çatacaq.

O, hələ də "ağ qaralar"ın yeni müqavilə təklifinə müsbət cavab verməyib.

Tərəflər arasındakı problemin varlığı qış fasiləsində geniş ictimaiyyətə agah olmuş oldu.

Bundan sonra sosial şəbəkələrdə azarkeşlər, mətbuatda mütəxəssislər Mahmudovun mümkün gedişini müzakirə etməyə başladı.

Hətta tərəfdarların bəziləri onu tribunalarda fitə basıb, klubdan ayrılmasını tələb etdilər. Elə sosial şəbəkələrdə də kapitanın ünvanına xoş olmayacaq az söz yazılmadı.

Bütün bunlar isə 31 yaşlı yarımmüdafiəçinin oyununa birbaşa təsir etməyə bilməzdi. Bu da acı nəticəsi.

Həm milli komandamızın lideri olan Emin qış fasiləsindən sonra heç özünə bənzəmir.

Arxada qalan 4 tur əvvəlki Emindən əsər-əlamət qalmadığını gözlər önünə sərmiş oldu.

Bunu təkcə biz yox, fanatlar, mütəxəssislər dilə dilə gətirir.

Elə statistika da.

Belə ki, qış fasiləsinə kimi vurduğu 10 qolla komandasının bombardiri olan Mahmudovun aktivində 4 qol ötürməsi də var.

Bəs qışdan sonrakı performans? SIFIR!

O, 2023-cü il meydana çıxdığı 4 matçda nə bir qol vurub, nə də qol ötürməsi edib. Bu mövsüm onun ilk belə uğursuz seriyasıdır. O, ən pis halda 2 turdan bir ya asist edib, ya da qol vurub.

23 turda aldığı 3 sarı vərəqədən ikisi də son 4 qarşılaşmaya təsadüf edir.

Emin Mahmudovun karyerasının bu məcrada "inkişafı" təkcə "Neftçi" və özü üçün yox, həm də Azərbaycan millisi adına heç xoş hal deyil.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!