“Neftçi”nin legioneri bu sualı eşidincə... “Bu, aramızda sirr olaraq qalsın”

12 Fevral 2023 14:40 Neftçi 975
“Neftçi”nin legioneri bu sualı eşidincə... “Bu, aramızda sirr olaraq qalsın”

“Neftçi” Qəbələ səfərindən 1 xalla qayıtdı.

Hər iki komandanın qol fürsətləri olsa da, matçda hesab açılmadı.

Hakimin final fitindən dərhal sonra Bakıdan Qəbələyə təşrif buyurmuş “Forza Neftçi”nin bir qrup üzvü futbolçuları yer aldıqları tribunanın önünə çağırdı.

Futbolçularla kiçik dialoqdan sonra isə “kuboku götürməsəz, başınız ağrıyar” şüarı eşidildi.

Maraqlı məqam fanatların oyunçularla söhbətdə onlara nə deməsiydi.

“Neftçi”nin əsas heyət üzvlərindən olan və azarkeşlərlə dialoq zamanı tribunanın önündə dayanan Solomon Kvirkveliya Sportinfo.az-a oyunla bağlı danışarkən bu mövzuda suala əytraflı cavab verməkdən boyun qaçırıb:

“Azarkeşlərlə aramızda müəyyən söhbət oldu. Amma bu barədə mətbuata danışmağın tərəfdarı deyiləm. Bu, onlarla bizim aramızda sirr olaraq qalsın”.

“Neftçi”nin qeyri-sabit təsir bağışlaması və ilk iki pillədəki rəqiblərindən uzaq düşməsi ağ-qara rənglərə könül verən azarkeşlərin qəzəbinə səbəb olub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!