Altı ildir «Neftçi»nin şərəfini qoruyan Emin Mahmudov «Sabah»a keçə bilər.
Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev «ağ-qaralar»ın kapitanının xidmətində maraqlıdır.
Rusiyalı mütəxəssis yarımmüdafiəçiyə xəbər göndərərək, onu komandasında görmək istədiyini bildirib.
Masazır təmsilçisi cari mövsümün ən uğurlu iştirakçılarından biridir. Premyer Liqada işləri əla gedən «tələbələr» turnir cədvəlində «Neftçi»ni xeyli qabaqlayır və çempionluq yolunda «Qarabağ»la gərgin mübarizə aparır.
«Sabah»ın bu yay avrokuboklarda iştirak edəcəyi de-fakto bəllidir.
Musayev qitə arenasında debütün heç nə asan olmayacağını başa düşür və bu üzdən heyətin daha da gücləndirilməsi istiqamətində indidən iş aparmağa başlayıb.
Eminin gəlişiylə orta sahədə rəqabət bir qədər də güclənəcək ki, bu da gənc çalışdırıcının əsas istəklərindən biridir.
Eminə gəlincə, o, «Neftçi»nin özündən də təklif alıb. Klub rəhbərliyi kapitanın növbəti 2 ili də burada keçirməsinə çalışır.
Onu yeni şərtlərlə tanış ediblər. Komandanın liderinin tələbi 300 min dollardır.
Bu məbləği isə «Neftçi»də hər oyunçuya vermirlər. Mahmudovun dediyi olsa, ən çox ödənişli 2-3 yerli futbolçulardan biri olacaq.
SPORTİNFO.AZ

