"Neftçi"dən ACI ETİRAF: "Mənim futboldan xəbərim yoxdur"

12 Fevral 2023 17:00 Neftçi 2 101
"Neftçi"dən ACI ETİRAF: "Mənim futboldan xəbərim yoxdur"

"Neftçi"nin iki oyunluq qələbə seriyası Qəbələdə qırıldı.

90 dəqiqə qolsuz başa çatan qarşılaşmada "Qəbələ" üstün tərəf təsiri bağışladı.

Gah qapı tiri, gah da "qırmızı qaralar"ın futbolçuları fürsətləri sağa-sola xərcləməsəydi paytaxt klubu bir xala da həsrət qalacaqdı.

"Zirə" və "Sumqayıt" üzərində qələbələr qonaq fanatlarda gələcəyə müəyyən ümid vermişdi. Amma Regekampfın yetirmələrinin ifasında növbəti istəksiz, sistemsiz, məzmunsuz oyuna şahidlik etdik.

Təsadüf deyil ki, qarşılaşdıqları mənzərədən pərişan olan "Neftçi"li fanatlar sosial şəbəkə üzərindən çoxsaylı suallarla rəhbərlik, futbolçular və məşqçilər heyətinə səsləniblər:

"İnciməyin, hazırda "Turan" da "Neftçi"dən yaxşıdır".

"Bu nə oyun idi? Həqiqətən biabırçılıqdır. Elə bil məhlə futboludur".

"Neftçi" fiasko yaşayır".

"Buna oyun demək olar? Bu ili də belə yol verdilər".

"Belə oyun olar? İnsanı futbola baxmaqdan küsdürürsüz".

"Nə şərh yazaq? Nəsə yazmaqdan keçib daha".

"Ora futbol oynamağa getmişdilərsə, mənim futboldan xəbərim yoxdur. Oyun tez bitsin deyə dua edirdilər".

"Qəbələ" qələbəyə layiq idi. Bacardıqları budur da...".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!