Premyer Liqanın 22-ci turu çərçivəsində “Neftçi” Qəbələdə yerli komandanın qonağı olub.
Maraqlı və gərgin şəraitdə keçən oyunda hesab açılmayıb.
Matç başa çatandan sonra Bakıdan Qəbələyə təşrif buyurmuş “Forza Neftçi”nin bir qrup azarkeşi futbolçuları tribunanın qarşısına səsləyib.
Futbolçularla azarkeşlər arasında təxminən 1 dəqiqəlik dialoq yaşanandan sonra fanatlar komanda üzvlərinə səslənib.
Onlar çempionatdakı uğursuzluğun günahını yumaq üçün futbolçulardan ölkə kubokunu qazanmağı tələb edərək bu şüarı səsləndirib:
“Kuboku götürməsəz, başınız ağrıyar”.
Məlum heç-heçədən sonra “Neftçi” xalların sayını 45-ə yüksəldib.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

