"Neftçi"nin sadiq fanatları deyəndə, yəqin ki, çoxumuzun son illər ilk ağlına gələn "Forza Neftçi" azarkeş qrupudur.
"Ağ qaralar"ın bir neçə azarkeş qrupu var. Amma ən böyüyü və məhşuru "Forza"dır.
İsti-soyuq, ev-səfər demədən ən çətin günlərdə də komandasının yanında olan azarkeş qrupu bu günlərdə yaranmasının 14 illiyini qeyd edib.
Bakıdakı restoranların birində bir araya gələn üzvlərə klub rəsmilərindən də qoşulanlar olub.
Yeyib-içib, əylənən üzvlər tədbirin sonunda üzərində "14 ilimiz mübarək" yazılı xüsusi tortun dadına baxıblar.
Maraqlı anlara səhnə olan həmin anları sizə təqdim edirik:
XANOĞLAN / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

