Futbol eksperti Emin Abbasov Premyer Liqanın ötən turunda qeydə alınan və kifayət qədər mübahisə doğuran hadisəyə münasibət bildirib.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Neftçi» - «Sumqayıt» qarşılaşmasının (2:0) 54-cü dəqiqəsində fərqlənən Solomon Kvirkveliyanın epizoduna toxunub.
Hansı ki, qonaqların baş məşqçisi Samir Abasov «ağ-qaralar»ın qayda pozuntusu hesabına qol pərdəsini aralıdığını bildirib.
O, «belə bir epizod «Neftçi»nin qapısı qarşısında olsaydı, saatlarla VAR-a baxılardı» söyləyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

