“Neftçi”nin futbolçuları yardım topladı, Türkiyəyə göndərdi - FOTOLAR

9 Fevral 2023 12:40 Neftçi 863
“Neftçi”nin futbolçuları yardım topladı, Türkiyəyə göndərdi - FOTOLAR

“Neftçi” Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün yardım göndərib.

Paytaxt klubundan Sportinfo.az-a verilən məlumata görə, klubun bazasında yardım üçün hazırlanmış qutuların daşınmasında futbolçular da iştirak ediblər.

Kapitan Emin Mahmudov, həmçinin, digər oyunçular Azər Salahlı, Höccət Haqverdi, Kilan Lebon, Vojislav Stankoviç və Mərt Çelik işçilərə kömək ediblər.

Ən son məlumata əsasən, fevralın 6-da baş verən zəlzələdə 12 873 insan vəfat edib, 62 937 insan isə yaralanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!