"Neftçi"nin bu qış icarəyə götürdüyü Mateus Saldanyaya görə ödədiyi təzminatın məbləği məlum olub.
Bakılılar braziliyalı hücumçunun xidmətindən yararlana bilmək üçün “JEF Yunayted Çiba”ya 150 min avro verib.
Bir il ağ-qara formanı geyinəcək forvardın özü isə bu müddətdə 350 min avro qazanacaq.
24 yaşlı "sambaçı" artıq Premyer Liqada qol hesabını açıb. O, son turda "Sumqayıt"ın qapısına yol tapıb.
Yaponiya klubuna məxsus olan Saldanya bunadək ölkəsinin “Bahia” (2020-2022) və icarə əsasında Çinin “Çendu Sinçen” klublarında (2022) çıxış edib.
SPORTİNFO.AZ

