"Neftçi"ni gözləyən yaxşı perspektiv - BƏS ÜMİD?

9 Fevral 2023 23:00 Neftçi 1 103
"Neftçi"ni gözləyən yaxşı perspektiv - BƏS ÜMİD?

"Neftçi" iki turdu 3 xala sevinir. "Sabah" məğlubiyyətinin (0:2) şokunu üzərindən qısa müddətdə atan Regekampfın yetirmələri ilk olaraq "Zirə" ilə önəmli matçda qələbə qazandı - 1:0.

Ardınca "ağ qaralar" fasilədə yenilənən, gücünə güc qatan "Sumqayıt"a şans tanımadı - 2:0.

Artıq mövsümün medalla başa çatacağın inamla dilə gətirmək olar. Əksi üçün gərək möcüzə baş verə.

Düzdü, bu komanda üçün çempionluqdan başqa nəticə uğursuzluq hesab olunur. Amma medalsız qalmağın fiasko olduğu gerçəyin də unutmaq olmaz.

Bakılılar ən azından fiaskondan canını qurtardı demək olar. İlk üçlük rəsmiləşib. Ən yaxın izləyicidən komandanı 12 xallıq fərq ayırır. "Sabah"la aradakı oyunda qələbə gümüş şansını da geri qaytara bilər.

Ölkə kubokunda isə mübarizə davam edir. Yarımfinalda kifayət qədər münasib rəqib hesab olunacaq "Turan Tovuz"la qarşılaşmalar var. Yəni final an məsələsidir. Orada isə nə "Qarabağ" var, nə də "Sabah". Yaxşı halda "Səbail", ən pis halda isə "Qəbələ" rəqib olacaq. Bir sözlə, titul qazanmaq üçün əla perespektiv var.

Bəs ümid?

Problem ondadır ki, bu gün Regekapfın yetirmələri oyunu ilə ümid vermir. Əcnəbi mütəxəssisin hələ də komandanı hansı sistemdə, hansı fəlsəfədə oynatdığı qaranlıq qalmaqdadır.

Zaman keçir, amma işıq görünmür. Əbəs deyil ki, bu gün ən pozitiv tərəfdar da yarımfinalda "Turan Tovuz" səddinin keçiləcəyin əmin deyil. Çünki o əminliyi indiki "Neftçi" futbolçuları vermir/verə bilmir.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!