Valideyn işinə qarışdı, daha bir məşqçi "Neftçi"dən ərizə yazıb getdi

8 Fevral 2023 10:40 Neftçi 2 091
Valideyn işinə qarışdı, daha bir məşqçi "Neftçi"dən ərizə yazıb getdi

«Neftçi»də növbəti məşqçi istefası gerçəkləşib.

Rafael Yusifov 12 yaşlılardan ibarət komandanın sükanı arxasından ayrılıb.

O. öz istəyi ilə buranı tərk edib.

Səbəb çox maraqlıdır. Gənc mütəxəssis valideynlərin işinə müdaxiləsinə dözməyərək, bu aadımı atıb.

Belə ki, oyunçulardan birinin atası oğlunu hücum xəttində deyil, yarımmüdafiədə sınayan baş məşqçiyə öz etirazını sərt şəkildə bildirib.

Və bu da Yusifovun xoşuna gəlməyib, belə şəraitində işləməyin mümkün olmadığı barədə rəhbərliyi məlumatlandırıb.

Ondan öncə isə U-13 komandasında işləyən Alim Qurbanovu buradan uzaqlaşdırıb. Buna səbəb onun çempionat oyununda etdiyi hərəkətdir.

EFA ilə matçın 30-cu dəqiqəsində meydana daxil olaraq, rəsmi şəxsləri, baş hakimin şərəf və ləyaqətini təhqir edib. O, bundan əlavə, hakimin üstünə də tüpürüb.

Odur ki, AFFA İntizam Komitəsi qurbanovu 3 oyunluq cəzalandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı