"Neftçi"dən FIFA-ya şikayət etdi, yeni klubunan da uzaqlaşdırıldı

7 Fevral 2023 11:00 Neftçi 1 729
"Neftçi"dən FIFA-ya şikayət etdi, yeni klubunan da uzaqlaşdırıldı

"Neftçi"nin sabiq legioneri Harramiz Soares Portuqaliya təmsilçisi "Farense"dən göndərilib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçunun sözləşməsi ləğv edilib.

"Ağ-qaralar"ın digər keçmiş oyunçusu Denilson Pereyra isə klubunu dəyişib. 28 yaşlı forvard Portuqaliyanın əsas liqasında çıxış edən "Famalikan"a keçib.

Braziliyalı oyunçu son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Hatta" komandasının şərəfini qoruyub.

Denilson Pereyra 2016-cı ildə, Harramiz Soares isə 2021/2022 mövsümündə "Neftçi"nin formasını geyinib. Soares paytaxt təmsilçisindən ayrılandan sonra klubu FIFA-ya şikayət etsə də, müsbət cavab ala bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti