SOCAR prezidenti “Neftçi“yə 4-5 bahalı legioner gətirmək istəyir

6 Fevral 2023 20:40 Neftçi 2 189
SOCAR prezidenti “Neftçi“yə 4-5 bahalı legioner gətirmək istəyir

Rövşən Nəcəfin Müşahidə Şurasının sədri olduğu

“Neftçi»nin güxləndirilməsi yönündə müəyyən planları var.

O, bu barədə şuranın bəzi üzvləri ilə söhbətində bildirib.

Bizdə olan məlumata görə, ötən ilin dekabrında klubda bu vəziyə gələn SOCAR-ın prezidenti hazırda düşərgədə yer alan əksər legionerlərin yayda göndərilməsini istəyir.

Vojislav Stankoviç, Solomon Kverkveliya, Vatto Arveladze, İvan Brkiç və Gilyerme Patok imi əcnəbi futbolçuların «Neftçi»yə yaramadığını düşünən Nəcəf hesab edir ki, komandanın gücləndirilməsi transfer büdcəsinin artırılmasından asılıdır.

Şura sədri maddi dayaqların daha da yaxşılaşdırılması üçün kluba əlavə sponsorların cəlb olunmasını vacib sayır. Yeni rəhbər şəxs yayda Avropada tanınan minimum 4-5 səviyyəli legionerin alınmasını lazım bilir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!