"Neftçi" əla transfer edib – Bir güllə bahar olarmı bəs?

6 Fevral 2023 15:00 Neftçi 54 768
"Neftçi" əla transfer edib – Bir güllə bahar olarmı bəs?

Premyer Liqanın bürünc medalının yeni sahibi «Neftçi»dir.

İynə ucu boyda şübhə ola bilməz ta buna.

Bu yeri daha heç kimə verən deyillər. Buradan yuxarı da qalmayacaqlar.

Bir bəndə də buna şübhə ilə yanaşmasın. «Sabah» öz yolunu tapıb, bala-bala irəli gedirlər.

Düzdür, «Neftçi» də dayanmır, son iki turu 3 xalla tamamlayıblar. Amma oyun deyilən bir şey yenə yoxdur.

Və olmayacaq da! Lorentsiu Regekampf getməyənə kimi «Neftçi» çörək tapmayacaq.

Bəlkə ola bilsin, ölkə kubokunu qazandılar, lakin rumıniyalının dediyi kimi, və Konfrans Liqasında qrup mərhələsinə yüksəlmələri nağıldır.

«Neftçi» baş məşqçisinin arzularından daha çoxuna layiq klubdur, böyük klubdur, dəyərlidir.

Regenin oynatdığı futbolun bu prinsiplərə uyğun gəlmədiyini tək mən görmürəm axı. Nə olsun, «Zirə»ni və «Sumqayıt»ı uddular, göstərdikləri oyundur ki?

Oynadıqları futboldursa, «Qarabağ»ın, «Sabah»ın nümayiş etdirdiyi oyunun adı nədir onda?

Rumıniyalı nəvaxtdır «Neftçi»dədir, qələbə toxumu səpə bilməyib futbolçuların qəlbinə. Gələn çox, gedən yox, heç nə dəyişməyib.

Saldanya? Yaponiyanın birinci liqa klubundan icarəyə götürülmüş braziliyalı hücumçu Qodsvey Donyodan daha yaxşıdır.

Mən bunu əminliklə deyirəm və istənilən şəxslə mərc gəlməyə hazıram ki, Saldanya qollarının ardını gətirəcək.

Heyhat, bir güllə bahar olmur, «Neftçi» bir komanda kimi yalnız sözdə iddialıdır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!