“Neftçi”də 3 sıxıntılı isim: Hacıyevdə dartınma, Eddi və Fəriddə qaçış - YENİ FOTO

5 Fevral 2023 16:20 Neftçi 1 122
“Neftçi”də 3 sıxıntılı isim: Hacıyevdə dartınma,  Eddi və Fəriddə qaçış - YENİ FOTO

“Neftçi”nin futbolçusu Rəhman Hacıyev yenidən zədələnib.

Sportinfo.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziya kanalına açıqlaması zamanı deyib.

O bildirib ki, sol baldır əzələsindəki zədəsini sağaldaraq fərdi məşqlərə başlayan 30 yaşlı yarımmüdafiəçinin məşq zamanı sağ baldır əzələsində dartılma əmələ gəlib.

Hacıyevin təxminən 2-3 gündən sonra individual hərəkətlərə başlaması planlaşdırılır.

“Neftçi”nin digər zədəli futbolçuları Eddi İsrafilov və Fərid Yusifli fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında fərdi məşqlərini davam etdirirlər.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il