"Neftçi" ilə bağlı YENİ İDDİA və AÇIQLAMA – Rövşən Nəcəf klubda nələri dəyişmək istəyir?

5 Fevral 2023 15:00 Neftçi 1 532
"Neftçi" ilə bağlı YENİ İDDİA və AÇIQLAMA – Rövşən Nəcəf klubda nələri dəyişmək istəyir?

«Neftçi»nin Müşahidə Şurasının yeni tərkibinin təcili toplantı keçirməsi barədə xəbərlər yayılıb.

Qeyri-rəsmi informasiyalara görə, yığıncaq SOCAR-ın prezidenti Rövşən Nəcəfin təşəbbüsü ilə baş tutub.

Ötən ilin dekabrında şuranın sədri postunda Çingiz Abdullayevi əvəzləmiş R.Nəcəfin klubun cari məsələləri ilə bağlı müzakirə açdığı bildirilir.

İddia olunur ki, o və digər üzvlər komandanın qarışısına ölkə kubokunu qazanmaqla bağlı konkret tapşırıq qoyub.

Yarımfinalda «Turan Tovuz»a rəqib olan «ağ-qaralar» finala vəsiqə qazanarsa, burada «Qəbələ» - «Səbail» cütünün qalibi ilə üz-üzə gələcək.

R,Nəcəfin Lorentsiu Regekampfla bağlı mövqeyinin də aydınlaşdığı deyilir. Xəbərə görə, kollektiv mövsümü titulsuz bitirərsə, baş məşqçi ilə ötən ilin iyununda imzalanmış ikillik müqaviləyə vaxtından əvvəl xitam veriləcək.

«Neftçi»nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev isə Sportinfo.az-a açıqlamasında bildirib ki, Müşahidə Şurası hələ yığışmayıb:

«Amma belə bir toplantı gözlənilir. Əslində, dekabrda keçirilən ilk iclasda da bildirilmişdi ki, növbəti müzakirələr fevralda aparılsın.

Yaxınlarda şura yığışmalıdır. Ancaq hansı gün iclas keçiriləcək, biz hələ bilmirik. Bu barədə xəbər olan kimi ictimaiyyətə açıqlama verəcəyik».

Digər Xəbərlər
Xəbər Lenti