"Neftçi"nin liderindən XOŞ XƏBƏR var

3 Fevral 2023 22:20 Neftçi 3 128
"Neftçi"nin liderindən XOŞ XƏBƏR var

“Neftçi”nin zədəli futbolçusu Kenni Sayefin durumu ciddi deyil.

Bu barədə saytımıza klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, amerikalı futbolçu özünü yaxşı hiss edir və komanda ilə məşqlərə qoşulub.

30 yaşlı futbolçu Premyer Liqanın 20-ci turunun “Zirə” ilə baş tutan matçında (1:0) narahatlıq hiss etmişdi.

90 dəqiqə meydanda olan əcnəbi vinger hakimin final fitindən sonra komanda yoldaşlarının köməyi ilə paltardəyişmə otağına getməli olmuşdu.

Kenni bu mövsüm “Neftçi” forması ilə meydana çıxdığı 19 qarşılaşmada 4 qol və 4 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti