"Neftçi"nin ən ödənişli futbolçusu mən olmalıyam" – Eminlə bağlı KRİZİSİN ŞİFRƏSİ ÇÖZÜLDÜ

3 Fevral 2023 13:00 Neftçi 2 317
"Neftçi"nin ən ödənişli futbolçusu mən olmalıyam" – Eminlə bağlı KRİZİSİN ŞİFRƏSİ ÇÖZÜLDÜ

2017-ci ildən «Neftçi»nin formasını geyinən Emin Mahmudovun taleyinə yaxın günlərdə aydınlıq gələcək.

Klub rəhbərliyi cari müqaviləsi yayda başa çatacaq yarımmüdafiəçiyə hələ bir neçə ay öncə yeni sözləqmə təklif edib.

Kapitan imzanı atsa, daha 3 il ağ-qara formanı geyinəcək.

Düzdür, azarkeşlər orta sahə oyunçunun bugünədək kontraktını uzatmamasına əsəbi reaksiya verib. «Zirə» ilə son matçda tribunaya toplaşmış fanatlar Eminin əleyhinə şüarlar səsləndirib, komandadan getməsini tələb eləyiblər.

Açığını demək lazımdırsa, tərəfdarların mövqeyi Mahmudovu daha əvvəlkitək narahat eləmir. O, sadəcə, əvvəlki şərtlərlə yeni müqavilə imzalamaq istəmir.

Kapitanın tələbi illik qazancının minimum 300 min dollar artırılmasıdır.

İki yüz min dollara qane olmayan millinin lideri rəsmilərlə görüşdə fikrini açıq-aydın ifadə edib: «Neftçi»nin ən ödənişli futbolçusu mən olmalıyam».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti