“Neftçi”ni tərk elə“ - Emin Mahmudov sərt təpki ilə üzləşdi

2 Fevral 16:40 Neftçi 2 007
“Neftçi”ni tərk elə“ - Emin Mahmudov sərt təpki ilə üzləşdi

Premyer Liqanın 20-ci turu çərçivəsində “Neftçi” doğma azarkeşləri önündə “Zirə”ni qəbul edib.

Bakılı azarkeşlər komandanın sərgilədiyi oyundan kəskin narazı qalıb.

Paytaxt təmsilçisinin fəal azarkeş qruplarından olan “Neftçimania”nın üzvləri əsəblərini Emin Mahmudovun üstünə töküb.

Belə ki, onların ilk hissənin ortalarında“Neftçi”ni tərk elə, Mahmudov” şüarını səsləndirib. Və bu hal bir neçə dəfə davam edib.

Maraq üçün bildirək ki, “ağ-qaralar”la müqaviləsinin müddəti yayda başa çatacaq təcrübəli futbolçunun mövsümün sonunda komandanı tərk edəcəyi deyilir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Mart 02:50 Millidə növbəti itki