
"Azarkeşlərin böyük əksəriyyəti Sadıq Sadıqovla Tahir Süleymanovun "Neftçi"yə qayıtmasını istəyir".
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində paytaxt klubu ətrafında yaranmış narazılıqdan söz açıb.
Bildirib ki, bakulı fanatlar 2015-ci ildə buradan ayrılmış prezidentin yenidən vəzifə başına qaytarılmasını arzulayır.
Keçmiş funksioner xatırladıb ki, "ağ-qaralar" tarixinin ən yaxşı dönəmlərindən birini Sadıq Sadıqovun rəhbərliyi altında keçirib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: