"Neftçi"nin yeni transferi: "Narazılığa son qoymağa çalışacam"

1 Fevral 2023 22:40 Neftçi 1 029
"Neftçi"nin yeni transferi: "Narazılığa son qoymağa çalışacam"

"Hər futbolçunun özünə uyğun xarakteristikası var.

Öz oyunumla burada hücumçularla bağlı narazılığa son qoymağa çalışacağam".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Mateus Saldanya klubun rəsmi televiziyasına açıqlamasında deyib.

Braziliyalı hücumçu "ağ-qaralar"a keçdiyi üçün xoşbəxt olduğunu bildirib:

"Komanda yoldaşlarım və infrastrukturla tanış oldum. Bu, məni çox sevindirdii..

Adımı "Neftçi"nin tarixinə yazdırmaq üçün əlimdən gələni edəcəm. Əsas məqsədimiz yuxarı pillələrdə qərarlaşmaq və yayda avrokuboklarda uğurlu çıxış etməkdir".

Kollektivdə ab-hava olduğunu söyləyən 24 yaşlı forvard yavaş-yavaş komandaya uyğunlaşdığını vurğulayıb:

"Bəzi yoldaşlarımı daha yaxşı tanımağa başlayıram. Şəhəri gəzməyə vaxtım olmayıb.

Amma foto və videolardan gördüklərimə əsasən deyə bilərəm ki, Bakı çox möhtəşəm şəhərdir".

"Neftçi" Mateus Saldanyanı Yaponiyanın “JEF Yunayted Çiba” klubundan 1 il müddətinə icarəyə götürüb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!