“Obaqol” məhz bu səbəbdən “Neftçi”dən ayrılıb

1 Fevral 2023 11:00 Neftçi 1 771
“Obaqol” məhz bu səbəbdən “Neftçi”dən ayrılıb

Qış fasiləsində “Neftçi”dən “Aruka”ya (Portuqaliya) transfer olunan Yusuf Laval seçiminin səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, nigeriyalı futbolçu daha böyük uğurlar qazanmaq üçün bu addımı atdığını bildirib.

Portuqaliyalıların “Obaqol” ləqəbi ilə çağırdığı 25 yaşlı hücumçu “Aruka”nın heyətində parlaq çıxış edəcəyinə inandığını söyləyib:

“Aruka”nı seçdim, çünki azarkeşlərlə çox sıx əlaqəyə malik gözəl klubdur. Komandanın mümkün olan ən yüksək uğuru qazanmasına kömək etmək istəyirəm.

Əlimdən gələni edəcəm və yaxşı nəticələr üçün mübarizə aparacam. Burada böyük uğurlar qazanmağı hədəfləyirəm”.

Yusuf Laval 2020-2022-ci illərdə “Neftçi”nin formasını geyinib. Hücumçunun hazırkı komandası “Aruka” Portuqaliya yüksək liqasında 18 turdan sonra 26 xalla 7-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti