“Neftçi”ni çempion edən: “Təklif gəlsə, düşünəcəm”

1 Fevral 2023 00:30 Neftçi 1 594
“Neftçi”ni çempion edən: “Təklif gəlsə, düşünəcəm”

"Neftçi"nin nəticələri mənim üçün məyusedicidir.

Komanda bu mövsüm yaxşı təsir bağışlamır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "ağ-qaralar"ın sabiq futbolçusu Ahmed Ahmedov deyib.

Hazırda Bolqarıstanın "Slaviya" (Sofiya) klubunda çıxış edən 28 yaşlı hücumçu keçmiş komandasının toparlanacağına inandığını bildirib:

"Hazırda uğursuzluğun səbəbini bilmirəm, buna klubdakı şəxslər daha yaxşı cavab verə bilərlər".

Bolqarıstanlı forvard Bakı təmsilçisində çıxış etdiyi dönəmi xatırlayıb:

"Neftçi"də dostlar qazandım. Mert Çeliklə daha çox yaxın idik, hələ də onunla münasibətimiz var. Qapıçı Aqil Məmmədov və fizioterapevt Rasim Qədməliyev da yaxşı insanlardır.

Zədə səbəbindən çox matça çıxa bilməsəm də, yaxşı günlər idi. İstədiyimiz çempionluğa nail ola bilmişdik".

Ahmedov "Slaviya"dakı durumundan və Azərbaycana qayıtmaq ehtimalından da bəhs edib:

"Ötən il 8 ay zədəli oldum. Artıq forma yığıram. Özümü yaxşı hiss edirəm. Klubumla 1,5 illik müqaviləm var.

Ölkənizdən təklif gəlsə, düşünəcəyəm. Amma indi bunları danışmaq üçün çox tezdir".

Ahmed Ahmedov 2020/2021 mövsümünün ikinci yarısında icarə əsasında "Neftçi"də çıxış edib və ağ-qaralarla ölkə çempionu adını qazanıb.

Hücumçu sonuncu - XXVIII turda "Qarabağ"la həlledici qarşılaşmada komandaya qələbə qazandıran yeganə qolun müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti