Sadıq Sadıqov Premyer Liqa klubundan gələn təklifi açıqladı

31 Yanvar 2023 22:20 Neftçi 1 686
Sadıq Sadıqov Premyer Liqa klubundan gələn təklifi açıqladı

“Ölkədaxili yarışlarda iştirak edən 5 yaş qrupu üzrə uşaq futbol məktəbimiz var.

Aralarında kifayət qədər potensiallı futbolçular görə bilərsiz”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi” İdman Klubunun İdarə Aparatının sədri Sadıq Sadıqov deyib.

O bildirib ki, rəhbəri olduğu idman təşkilatının nəzdində futbol bölməsi fəaliyyət göstərir və xeyli sayda uşaq bu oyunun sirlərini öyrənir:

“Bir qədər öncə Premyer Liqa klublarından biri futbolçumuzla bağlı rəsmi müraciət göndərib.

“Neftçi İK”da perspektiv 15 yaşa qədər olduğu üçün həmin yaşdan sonra gənc və yeniyetmələri peşəkar klublara göndərmək məcburiyyətində qalırıq.

Təkcə 2021/22 mövsümündə 60 futbolçunu peşəkar klublara göndərmişik. Bir növ məktəb rolunu oynayırıq. Futbola gəlirlər, öyrənirlər, yetişirlər, böyüyürlər,

15 yaşdan sonra daha da inkişaf etmək üçün peşəkar klublara gedirlər. Bizim üçün vacib olan nədir? Ölkəmizin adı üçün idmançılar yetişdirək”,

Digər Xəbərlər
Xəbər Lenti