"Neftçi"dən AYRILIQ ANONSU: "Onunla bir müddətdir danışıqlar gedir"

31 Yanvar 2023 14:00 Neftçi 1 219
"Neftçi"dən AYRILIQ ANONSU: "Onunla bir müddətdir danışıqlar gedir"

Gilyerme Pato tezliklə "Neftçi"ni tərk edə bilər.

Braziliyalı yarımmüdafiəçinin karyerasını ölkəsində, həmçinin Kiprdə davam etdirmək ehtimalı var.

21 yaşlı legioneri icarəyə vermək və ya birdəfəlik satmaq - bakılılar hər iki varianta razıdır.

Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev bu haqda Sportinfo.az-a aşağıdakıları söyləyib:

"Onunla bir müddətdir danışıqlar gedir. Gələcək karyerasıyfa bağlı müzakirələr aparırıq. Hələlik hər hansı razılığa gəlinməyib.

Ona müəyyən təkliflər gəlib. Bizim də ona bəzi təkliflərimiz olub. "Transfer pəncərəsi" bağlanan kimi bu məsələyə aylınlıq gətirməyə çalışacağıq".

"Neftçi" Gilyerme Patonu 2022-ci ilin yanvarında Braziliya "İnternasyonal"ından transfer edib. Gənc vinger "ağ-qaralar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti