"Biz onu sevirik, özü qərar verdi və "Neftçi"dən getdi"

30 Yanvar 2023 14:20 Neftçi 1 290
"Biz onu sevirik, özü qərar verdi və "Neftçi"dən getdi"

"Ona hər şeyin ən yaxşısını arzulayıram".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"nin yarımmüdafiəçisi Kenni Sayefə məxsusdur.

İsrailli legioner bugünlərdə "Arouka"ya (Portuqaliya) keçən Yusuf Lavalın "Neftçi"ni tərk etməsinə münasibət bildirib:

"Nigeriyalı komandamız üçün önəmli oyunçulardan idi. Amma özü qərar verdi və getdi, buna hörmətlə yanaşırıq.

Yusufu çox sevirik. Onun gedişinin komandaya təsir edib-etməyəcəyini zaman göstərəcək. Bunu sonra görə biləcəyik.

Biz futbolçuyuq, meydanda tapşırıqları yerinə yetiririk. Digər məsələlər baş məşqçinin işidir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!