"Neftçi"dən AÇIQLAMA: "Onun satışından bu qədər pul qazanmamışıq"

30 Yanvar 2023 17:40 Neftçi 1 697
"Neftçi"dən AÇIQLAMA: "Onun satışından bu qədər pul qazanmamışıq"

Qodsvey Donyonu "Apollon"a satan "Neftçi"nin bu transferə görə qazancı müzakirə mövzusudur.

"Transfermarkt" portalının yazdığınagörə, Limassol təmsilçisi qanalı hücumçuya görə "Neftçi"yə 250 min avro pul ödəyib. Bu isə təxminən 460 min manat deməkdir.

Ötən yay "Makkabi"dən (Hayfa) ayrılaraq "Neftçi"yə keçmiş 28 yaşlı forvard 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda “Neftçi”nin formasını geyinib, 6 qol vurub.

Afrikalı Kipr təmsilçisi ilə müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulmuş müqavilə imzalayıb.

Bakılıların Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a bildirib ki, "transfermarkt"in açıqladığı rəqəm həqiqəti əks etdirmir:

"Neftçi" Donyonun satışından bu qədər pul qazanmayıb. Bu, müqavilə sirri olduğu üçün onu mətbuata açıqlaya bilmərik.

Qısaca onu demək olar ki, deyilən məbləğ doğru deyil".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var