"İstiqlal"ın hücumçusu "Neftçi"nin təklifinə nə reaksiya verdi?

30 Yanvar 2023 13:00 Neftçi 2 101
"İstiqlal"ın hücumçusu "Neftçi"nin təklifinə nə reaksiya verdi?

Qodsvey Donyonu «Apollon»a (Kipr) satan «Neftçi» tanış simanı Azərbaycana qaytarmağa səy göstərib.

2019-cu ilin yanvarından 2020-ci ilin mayınadək "Sumqayıt"da icarə əsasında çıxış etmiş Peyman Babayi «ağ-qaralar»ın gündəmində yer alıb.

7 qolla Azərbaycan Premyer Liqasının bombardirlərindən biri olmuş hücumçu Bakıdan gələn çağırışı geri çevirib.

Hazırda İranda «İstiqlal»ın formasını geyinən 28 yaşlı forvard Tehranı tərk etmək niyyətində olmayıb. Çünki onun burada qazancı kifayət qədər yüksəkdir.

«İstiqlal»da illik gəliri 400 min dollar olan Peyman müqavilə müddətinin sonunadək burada qalmağı planlaşdırdığını menecerlər vasitəsilə qarşı tərəfin diqqətinə çatdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti